21Onları qəlbinin başına yapışdır, Həmişə onları boynuna bağla.
22Gəzəndə onlar sənə yol göstərər, Yatanda səni hifz edər, Oyananda sənə məsləhət verər.
23Bu əmr çıraqdır, bu təlim nurdur, Tərbiyə üçün edilən məzəmmət həyat yoludur.
24Bunlar səni pozğun qadından, Şirindilli yad arvaddan qoruyar.
25Onun gözəlliyinə aşiq olma, Onun kirpiklərinin əsiri olma.
26Fahişənin üzündən insan bir tikə çörəyə möhtac qalar, Kiminsə zinakar arvadı insanın qiymətli canını ovlar.
27Bir kişi qoynuna od alanda Əyin-başı yanmazmı?
28Köz üzərində gəzənin Ayaqları bişməzmi?
29Qonşusunun arvadının yanına girənin də halı belədir, O qadına toxunan cəzasını çəkər.
30Qarnını doydurmaq üçün ac oğru oğurlarsa, Kimsə onu qınamaz.
31Amma onu tutsalar, yeddi qat ödəməlidir, Evinin var-yoxunu verməlidir.
32Qadınla zina edən qanmazdır, Özünü məhv etmək istəyən belə edər.