12Yaramaz adam – şər insan Əyri danışaraq dolanar,
13Göz vurar, ayaqları ilə işarə edər, Barmaqları ilə göstərər.
14Qəlbinin məkrli niyyəti var, Həmişə şər qurar, nifaq salar.
15Ona görə başına qəfildən bəla gələr, Birdən yıxılıb çarəsiz qalar.
16Rəbbin zəhləsi altı şeydən gedir, Yeddi şey var, ondan ikrah edir:
17Təkəbbürlə baxan gözlər; Yalan danışan dil; Nahaq qan tökən əllər;
18Məqsədi şər olan ürək; Şərə çatmaq üçün qaçan ayaqlar;
19Nəfəsini yalanla çıxaran yalançı şahid; Qardaşlar arasında nifaq salan şəxs.
20Oğlum, atanın əmrini yerinə yetir, Ananın öyrətdiklərini atma.
21Onları qəlbinin başına yapışdır, Həmişə onları boynuna bağla.
22Gəzəndə onlar sənə yol göstərər, Yatanda səni hifz edər, Oyananda sənə məsləhət verər.
23Bu əmr çıraqdır, bu təlim nurdur, Tərbiyə üçün edilən məzəmmət həyat yoludur.
24Bunlar səni pozğun qadından, Şirindilli yad arvaddan qoruyar.
25Onun gözəlliyinə aşiq olma, Onun kirpiklərinin əsiri olma.
26Fahişənin üzündən insan bir tikə çörəyə möhtac qalar, Kiminsə zinakar arvadı insanın qiymətli canını ovlar.