1Lemuel padşahın sözləri, anasının ona öyrətdiyi kəlam.
2Nə deyim, oğlum, ey doğduğum oğul, Nəzir-niyazla əldə etdiyim oğul?
3Gücünü qadınlara, Yollarını padşahları məhvə aparanlara sərf etmə.
4Ey Lemuel, şərab içmək padşahlara yaraşmaz, Kefləndirici içkiyə aludə olmaq hökmdarlara yaraşmaz.
5İçəndə qayda-qanunu unudarlar, Bütün məzlumların haqqını pozarlar.
6Kefləndirici içkini düşkünə, Şərabı dərdliyə verin.
7Qoy içib yoxsulluğunu unutsun, Öz dərdini daha yada salmasın.
8Dilsizə görə ağız aç, Bütün möhtacların haqqını qoru.
9Ağzını aç, ədalətlə hökm ver, Məzlumların, fəqirlərin haqqını yerinə yetir.
10Xeyirxah arvad tapan kimdir? O, yaqutlardan daha qiymətlidir.
11Ərinin qəlbi ondan arxayındır, Dayanmadan bərəkət qazanır.
12Ömrü boyu ərinə pislik deyil, yaxşılıq gətirir,
13Yunu, kətanı tapıb seçir, Əlindən hər iş zövqlə gəlir.
14Ticarət gəmilərinə bənzəyir, Uzaqlardan gələn ruzini gətirir.
15Alaqaranlıqda yuxudan durur, Ailəsinə yemək hazırlayır, Kənizlərinə də paylayır.
16Tarlaya baxandan sonra satın alır, Əlinin zəhməti ilə bağ salır.
17Belini möhkəm bağlayır, Qolları güc üstündən güc alır.
18Ticarətin şirinliyindən dadır, Bütün gecə boyu çırağı yanır.