6Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır.
7O, əməlisalehlərin sağlam şüurunu qoruyur, Kamalla gəzənlərə sipər olur.
8O, ədalətin yollarını qoruyur, Möminlərin yollarını hifz edir.
9Onda salehlik və ədaləti dərk edərsən, İnsafı, bütün yaxşı yolları tanıyarsan.
10Hikmət qəlbinə dolar, Bilikdən könlün xoş olar.
11İdrak səni hifz edər, Dərrakə səni qoruyar.