3Sən, həqiqətən, idrakı çağırsan, Səs ucaldıb dərrakəni səsləsən,
4Bunları gümüş kimi axtarsan, Gizli xəzinə kimi arasan,
5Onda Rəbb qorxusunu anlayarsan, Allahı tanıyarsan.
6Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır.
7O, əməlisalehlərin sağlam şüurunu qoruyur, Kamalla gəzənlərə sipər olur.
8O, ədalətin yollarını qoruyur, Möminlərin yollarını hifz edir.
9Onda salehlik və ədaləti dərk edərsən, İnsafı, bütün yaxşı yolları tanıyarsan.
10Hikmət qəlbinə dolar, Bilikdən könlün xoş olar.