3 Sən, həqiqətən, idrakı çağırsan, Səs ucaldıb dərrakəni səsləsən,
4 Bunları gümüş kimi axtarsan, Gizli xəzinə kimi arasan,
5 Onda Rəbb qorxusunu anlayarsan, Allahı tanıyarsan.
6 Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır.
7 O, əməlisalehlərin sağlam şüurunu qoruyur, Kamalla gəzənlərə sipər olur.
8 O, ədalətin yollarını qoruyur, Möminlərin yollarını hifz edir.
9 Onda salehlik və ədaləti dərk edərsən, İnsafı, bütün yaxşı yolları tanıyarsan.
10 Hikmət qəlbinə dolar, Bilikdən könlün xoş olar.