4Padşah ölkəni ədalətlə möhkəmləndirər, Ağır vergilər qoyansa ölkəni süqut etdirər.
5Bir kişi ki qonşusunu yağlı dilə tutur, Onun addımları üçün tor qurur.
6Pisin günahı özünə tələdir, Saleh sevincindən haray çəkir.
7Saleh kasıbların haqqını görür, Pis adam bunu dərk etmir.
8Rişxəndçilər şəhəri çaxnaşdırar, Hikmətlilər isə qəzəbi yatırar.
9Hikmətli səfehi məhkəməyə versə, Səfeh coşub lağ edər, dinclik gedər.
10Qana susayanlar kamil insana nifrət edər, Əməlisalehlər can qurtarar.
11Axmaq həddini aşıb özündən çıxar, Hikmətli səbirli dayanar.
12Hökmdar yalan sözə qulaq asarsa, Bütün xidmətçiləri şər insana çevrilər.
13Yoxsul insan və zalım bir-birinə bir şeydə bənzəyir: Hər ikisinin gözlərini işıqlandıran Rəbdir.
14Padşah kasıblara həqiqətlə hökm versə, Taxtı əbədi möhkəmlənər.
15Kötək və məzəmmət hikmət gətirər, Özbaşına qalan uşaq anasını rüsvay edər.