Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 28

Süleymanin Məsəlləri 28:18-28

Help us?
Click on verse(s) to share them!
18Kamillik yolu ilə gedən qurtular, Əyri yolda olanlar qəflətən yıxılar.
19Torpağını əkib-becərən doyunca çörək yeyər, Boş şeylərin ardınca gedən müflisləşər.
20Etibarlı insanın bərəkəti boldur, Tez varlanmaq istəyən cəzasız qalmır.
21Tərəfkeşlik yaxşı deyil, Kişi bir loğma çörək üçün günah işlədə bilər.
22Xəsis var-dövlət ardınca düşər, Bilmədən yoxsulluğa yetişər.
23Kim ki başqasını danlayır, Yağlı dilə tutandan çox axırda o, lütf qazanır.
24Ata-anasını soyub «günah deyildir» deyən Qırıcı insana yoldaşdır.
25Tamahkar dava yaradar, Rəbbə güvənən bolluğa çatar.
26Öz ağlına güvənən axmaqdır, Hikmətlə gəzib-dolaşan azad olur.
27Yoxsula əl tutan möhtac qalmır, Ona məhəl qoymayan lənət qazanır.
28Pislər hakim olsa, hamı gizlənər, Onlar yox olanda salehlər çoxalar.

Read Süleymanin Məsəlləri 28Süleymanin Məsəlləri 28
Compare Süleymanin Məsəlləri 28:18-28Süleymanin Məsəlləri 28:18-28