Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 27

Süleymanin Məsəlləri 27:20-27

Help us?
Click on verse(s) to share them!
20Ölüm və Həlak yeri doymadığı kimi İnsanın da gözü doymaz.
21İsti kürədə qızıl-gümüş yoxlanar, İnsan da başqalarının tərifi ilə tanınar.
22Buğdanı həvəngdəstədə döysən, kəpəyi çıxar, Amma səfehi nə qədər döysən, səfehliyi çıxmaz.
23Sürünə yaxşı bax, naxırına nəzər yetir,
24Nə var-dövlət əbədidir, nə də tac nəsildən-nəslə keçir.
25Saman yığılandan sonra təzə ot bitəndə, Dağlarda ot biçiləndə
26Quzuların səni geyindirər, Təkələrini satıb tarla ala bilərsən.
27Keçilər sənə yemək üçün o qədər süd verər ki, Bu, evin azuqəsinə, kənizlərinin dolanışığına çatar.

Read Süleymanin Məsəlləri 27Süleymanin Məsəlləri 27
Compare Süleymanin Məsəlləri 27:20-27Süleymanin Məsəlləri 27:20-27