Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 27:20-27 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 27:20-27 in Azərbaycan dilində Müqəddəs Kitab

20 Ölüm və Həlak yeri doymadığı kimi İnsanın da gözü doymaz.
21 İsti kürədə qızıl-gümüş yoxlanar, İnsan da başqalarının tərifi ilə tanınar.
22 Buğdanı həvəngdəstədə döysən, kəpəyi çıxar, Amma səfehi nə qədər döysən, səfehliyi çıxmaz.
23 Sürünə yaxşı bax, naxırına nəzər yetir,
24 Nə var-dövlət əbədidir, nə də tac nəsildən-nəslə keçir.
25 Saman yığılandan sonra təzə ot bitəndə, Dağlarda ot biçiləndə
26 Quzuların səni geyindirər, Təkələrini satıb tarla ala bilərsən.
27 Keçilər sənə yemək üçün o qədər süd verər ki, Bu, evin azuqəsinə, kənizlərinin dolanışığına çatar.
Süleymanin Məsəlləri 27 in Azərbaycan dilində Müqəddəs Kitab