16Onu yel kimi dayandırmaq olmaz, Zeytun yağı kimi ovucda saxlamaq olmaz.
17Dəmir dəmiri itilər, İnsan insanın ağlını iti edər.
18Əncir becərən barını yeyər, Ağasının qayğısına qalan şərəfləndirilər.
19Sifətin əksi suyun üzünə düşdüyü kimi İnsanın ürəyi də onu elə göstərər.
20Ölüm və Həlak yeri doymadığı kimi İnsanın da gözü doymaz.
21İsti kürədə qızıl-gümüş yoxlanar, İnsan da başqalarının tərifi ilə tanınar.
22Buğdanı həvəngdəstədə döysən, kəpəyi çıxar, Amma səfehi nə qədər döysən, səfehliyi çıxmaz.
23Sürünə yaxşı bax, naxırına nəzər yetir,
24Nə var-dövlət əbədidir, nə də tac nəsildən-nəslə keçir.
25Saman yığılandan sonra təzə ot bitəndə, Dağlarda ot biçiləndə
26Quzuların səni geyindirər, Təkələrini satıb tarla ala bilərsən.
27Keçilər sənə yemək üçün o qədər süd verər ki, Bu, evin azuqəsinə, kənizlərinin dolanışığına çatar.