2Sərçənin ora-bura uçduğu kimi, Qaranquşun gəlib-getdiyi kimi Nahaq qarğış da boşdur.
3Ata qamçı, eşşəyə noxta necə yaraşırsa, Axmağın kürəyinə də kötək elə yaraşır.
4Axmağa səfehliyinə görə cavab vermə, Yoxsa ona bənzərsən.
5Axmağa səfehliyinə görə elə bir cavab ver ki, Öz gözündə hikmətli görünməsin.
6Kim ki axmaq vasitəsilə xəbər göndərir, Öz ayaqlarını kəsib ziyan çəkənə bənzəyir.
7Axmağın ağzından çıxan məsəl Topalın ayağının axsamağına bənzəyir.
8Axmağı tərifləmək Sapanda qoyulan daşa bənzəyir.
9Sərxoş tikanlı budağı əlində tutduğu kimi Axmaq da məsəl çəkər.
10Axmağı, hər yoldan ötəni muzdla tutan Hamını yaralayan naşı oxatan kimidir.