Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 25

Süleymanin Məsəlləri 25:2-8

Help us?
Click on verse(s) to share them!
2Allahın işlərinin müəmması Onu şərəfləndirər, Bu işləri aşkar etmək padşahlara şərəf gətirər.
3Göyün yüksəkliyini, yerin dərinliyini, Padşahın da qəlbindən keçənləri bilmək olmaz.
4Tullantını gümüşdən ayırsan, Zərgərə əl işi qalar.
5Əgər şər adam padşahın yanından ayrılarsa, Taxtı salehliklə möhkəmlənər.
6Padşahın hüzurunda özünü ucaltma, Rütbəlilərin yanında dayanma.
7Çünki «buyur yuxarı» dəvətini almaq Bir əsilzadə qarşısında aşağı endirilməkdən yaxşıdır.
8Gördüyün şeylər barədə Dava yaratmağa tələsmə. Sonra qonşun səni utandırsa, nə edərsən?

Read Süleymanin Məsəlləri 25Süleymanin Məsəlləri 25
Compare Süleymanin Məsəlləri 25:2-8Süleymanin Məsəlləri 25:2-8