10Yoxsa hər eşidən sənə xor baxar, Bu səni etibardan salar.
11Yerində deyilən sözlər, Gümüş oymalar içində qızıl almalara bənzər.
12Sözəbaxan insana hikmətlinin məzəmməti Qızıl sırğa, qızıl bəzək kimidir.
13Biçin zamanı qar kimi sərinlik necədirsə, Etibarlı elçi də onu göndərən üçün belədir. O, ağasının ruhunu təzələyir.
14Kim ki vermədiyi bəxşişlərlə öyünür, Yağışsız buluda və küləyə bənzəyir.
15Səbirlə hökmdarı da inandırmaq olar, Şirin dil sümükləri belə, yumşaldar.
16Bal tapsan, lazımi qədər ye, Acgözlüklə yesən, qusarsan.
17Qonşunun evinə az-az get, Yoxsa bezər, sənə nifrət edər.