1Bunlar da Süleymanın məsəlləridir. Yəhuda padşahı Xizqiyanın adamları bir yerə yığılıb bunların üzünü köçürtdü.
2Allahın işlərinin müəmması Onu şərəfləndirər, Bu işləri aşkar etmək padşahlara şərəf gətirər.
3Göyün yüksəkliyini, yerin dərinliyini, Padşahın da qəlbindən keçənləri bilmək olmaz.
4Tullantını gümüşdən ayırsan, Zərgərə əl işi qalar.
5Əgər şər adam padşahın yanından ayrılarsa, Taxtı salehliklə möhkəmlənər.
6Padşahın hüzurunda özünü ucaltma, Rütbəlilərin yanında dayanma.
7Çünki «buyur yuxarı» dəvətini almaq Bir əsilzadə qarşısında aşağı endirilməkdən yaxşıdır.