17Düşməninin yıxılmasına sevinmə, Onun büdrəməsinə görə ürəyin fərəhlənməsin.
18Yoxsa Rəbb görər, bundan xoşu gəlməz, Düşmənin üzərindən qəzəbini götürər.
19Pislik edənlərə görə qəzəblənmə, Şər insanlara qibtə etmə,
20Çünki pis insanın axırı yoxdur, Şər adamın çırağı sönər.
21Oğlum, Rəbdən və padşahdan qorx, Xəyanətkarlarla yoldaş olmaqdan çəkin.