22Kasıbı fəqir olduğu üçün soyma, Darvazada məzlumu zülmə salma.
23Çünki onların münaqişəsinə Rəbb baxar, Onları soyanları soyub-talayar.
24Tez qəzəblənənə yoldaş olma, Kəmhövsələ ilə yola çıxma.
25Yoxsa onun yollarına alışarsan, Canını tələyə salarsan.
26Başqalarının borclarına zamin durmaqdan, Belə işə əl atmaqdan çəkin.
27Ödəməyə pulun olmasa, Altından yatağını apararlar.