Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 20

Süleymanin Məsəlləri 20:20-28

Help us?
Click on verse(s) to share them!
20Kim ki atasına, anasına qarğış edər, Zülmətə düşərkən çırağı sönər.
21Tələsik alınan mülk Axırda xeyir gətirməz.
22Demə «bu pisliyin əvəzini çıxacağam» Rəbbi gözlə, qoy O səni xilas etsin.
23Fərqli çəki daşları Rəbdə ikrah yaradar, O, aldadıcı tərəzidən xoşlanmaz.
24Kişiyə addım atdıran Rəbdir. Bəs tutduğu yolu insan necə anlasın?
25Düşünmədən nəzir edən özünü tələyə salar, Sonra öz əhdi barədə çox fikirləşməli olar.
26Hikmətli padşah pisləri sovurar, Onlar dəyirman daşında üyüdülər.
27İnsanın ruhu Rəbbin çırağıdır, Daxilinin dərin yerlərini araşdırar.
28Padşahı məhəbbət və sədaqət qoruyar, Taxtını xeyirxahlıq möhkəm saxlar.

Read Süleymanin Məsəlləri 20Süleymanin Məsəlləri 20
Compare Süleymanin Məsəlləri 20:20-28Süleymanin Məsəlləri 20:20-28