Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 19

Süleymanin Məsəlləri 19:3-13

Help us?
Click on verse(s) to share them!
3İnsan öz səfehliyi ilə yolunu alt-üst edər, Ürəyində isə Rəbbə hiddətlənər.
4Var-dövlət dost artırar, Kasıbı isə dostları atar.
5Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran qurtuluş tapmaz.
6Çoxları nəcabətlinin üzünü görmək istər, Səxavətli adamla çoxları dostluq edər.
7Yoxsuldan qardaşının da zəhləsi gedər, Dostları ondan lap uzaq gəzər, Yalvararaq ardınca düşsə də, yaxınına gəlməz.
8Anlayış qazanan öz canını sevər, Dərrakəyə bağlanan uğur qazanar.
9Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran həlak olar.
10Axmağa dəbdəbəli həyat yaraşmadığı kimi Qulun ağalara hökm etməsi də yaraşmaz.
11İnsanın ağlı hiddəti ləngidər, Başqasının günahını bağışlamaq ona şərəf gətirər.
12Padşahın qəzəbi aslan nərəsinə bənzər, Razılığı çəmənə düşən şehə bənzər.
13Axmaq oğul atasına bəla olar, Davakar arvad kəsilməyən damcıya oxşar.

Read Süleymanin Məsəlləri 19Süleymanin Məsəlləri 19
Compare Süleymanin Məsəlləri 19:3-13Süleymanin Məsəlləri 19:3-13