24Tənbəl əlini qabda olana batırar, Ağzına belə, aparmaz.
25Rişxəndçini döysən, cahil insan uzaqgörən olar, Dərrakəlini danlasan, biliyini artırar.
26Kim ki atasını soyub, anasını qovar, Xəcalət gətirən övladdır, ad batırar.
27Oğlum, bilik verən sözlərdən dönmək istəsən, Tərbiyəyə qulaq asmaqdan vaz keç!
28Yaramaz şahid ədalətə rişxənd edər, Pislərin ağzı acgözlüklə şəri yeyər.