2Bilik yoxdursa, həvəs yaxşılıq edə bilməz. Tələsən tərsə düşər.
3İnsan öz səfehliyi ilə yolunu alt-üst edər, Ürəyində isə Rəbbə hiddətlənər.
4Var-dövlət dost artırar, Kasıbı isə dostları atar.
5Yalançı şahid cəzasız qalmaz, Yalandan üzə duran qurtuluş tapmaz.