Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 17

Süleymanin Məsəlləri 17:20-28

Help us?
Click on verse(s) to share them!
20Əyri ürəkli xeyir tapmaz, Hiyləgər dilli insanı bəlaya salar.
21Axmağın atası dərdə düşər, Sarsağın atasının sevinci itər.
22Ürək sevinci can üçün ən yaxşı məlhəmdir, Könlün sınması sümükləri qurudar.
23Şər qoltuğuna rüşvət götürər ki, Ədalət yollarını pozsun.
24Qanan adam hikmətə baxar, Axmağın gözləri dünyanın o tayını axtarar.
25Axmaq oğul atasına qəm-kədər verər, Onu doğan anasını qubarladar.
26Saleh insanı cərimə etmək yaxşı deyil, Əsilzadəni düzlüyünə görə döymək yaxşı deyil.
27Çoxbilən az danışar, Müdrik həlimlik ruhunda olar.
28Səfeh belə, sakit dayansa, hikmətli hesab edilər, Ağzını yumsa, dərrakəli görünər.

Read Süleymanin Məsəlləri 17Süleymanin Məsəlləri 17
Compare Süleymanin Məsəlləri 17:20-28Süleymanin Məsəlləri 17:20-28