Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 16

Süleymanin Məsəlləri 16:11-26

Help us?
Click on verse(s) to share them!
11Rəbb düzgün tərəzi və çəkini tələb edər, O, torbadakı hər çəki daşını müəyyən edər.
12Şər iş görmək padşahlarda ikrah yaradar, Çünki salehliklə taxtlar möhkəm olar.
13Saleh adamın dili padşahları razı salar, Onlar düz danışanı sevər.
14Padşahın hiddəti ölüm elçisidir, Amma hikmətli insan bu hiddəti yatırar.
15Padşahın üzü nuranidirsə, demək, həyat var, Razılığı yaz yağışı gətirən buluda oxşar.
16Qızıldan çox hikmət qazanmaq yaxşıdır, Gümüşü yox, idrakı yığmaq üstün tutular.
17Əməlisalehlər pislikdən dönmək yolunu tutar, Yoluna diqqət edən canını qoruyar.
18Əcəldən əvvəl təkəbbür gələr, Fəlakətdən əvvəl lovğalıq ruhu gələr.
19Məzlumlar arasında sadə qəlbli olmaq Təkəbbürlülərlə talan malı bölüşdürməkdən yaxşıdır.
20Sözdən hikmət alan xeyir tapar, Rəbbə güvənən insan nə bəxtiyardır!
21Qəlbində hikmət olan dərrakəli adlanar, Şirin dilli olan müdrikliyi artırar.
22Ağıl insan üçün həyat çeşməsidir, Axmağa tərbiyə vermək səfehlikdir.
23Hikmətlinin ürəyi dilinə tərbiyə verir, Ağzındakı müdrik sözləri artıq edir.
24Xoş sözlər sanki pətəkdə baldır, Cana şirinlik, sümüklərə şəfadır.
25Yol var ki, insanın qarşısında düz görünür, Amma sonu ölümdür.
26Əməkçi qarnı üçün zəhmət çəkir, Aclıq onu məcbur edir.

Read Süleymanin Məsəlləri 16Süleymanin Məsəlləri 16
Compare Süleymanin Məsəlləri 16:11-26Süleymanin Məsəlləri 16:11-26