Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 14

Süleymanin Məsəlləri 14:28-34

Help us?
Click on verse(s) to share them!
28Padşahın əzəməti xalqın çoxluğu ilə bilinər, Əgər təbəələri olmasa, hökmdar süqut edər.
29Gec qəzəblənənin böyük dərrakəsi var, Hövsələsizlərdən səfehlik çıxar.
30Ürəyin rahatlığı cana həyat verər, Paxıllıqsa sümükləri çürüdər.
31Kasıba zülm edən Yaradanına xor baxar, Yoxsula lütf göstərən Ona hörmət edər.
32Şər adam pisliyi üzündən qovular, Salehin ölümündə belə, pənahı var.
33Hikmət dərrakəlinin qəlbində özünə rahat yuva qurar, Hətta axmaqların arasında da bəlli olar.
34Salehlik bir milləti ucaldar, Günah ümmətləri utandırar.

Read Süleymanin Məsəlləri 14Süleymanin Məsəlləri 14
Compare Süleymanin Məsəlləri 14:28-34Süleymanin Məsəlləri 14:28-34