Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 14:28-34 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 14:28-34 in Azərbaycan dilində Müqəddəs Kitab

28 Padşahın əzəməti xalqın çoxluğu ilə bilinər, Əgər təbəələri olmasa, hökmdar süqut edər.
29 Gec qəzəblənənin böyük dərrakəsi var, Hövsələsizlərdən səfehlik çıxar.
30 Ürəyin rahatlığı cana həyat verər, Paxıllıqsa sümükləri çürüdər.
31 Kasıba zülm edən Yaradanına xor baxar, Yoxsula lütf göstərən Ona hörmət edər.
32 Şər adam pisliyi üzündən qovular, Salehin ölümündə belə, pənahı var.
33 Hikmət dərrakəlinin qəlbində özünə rahat yuva qurar, Hətta axmaqların arasında da bəlli olar.
34 Salehlik bir milləti ucaldar, Günah ümmətləri utandırar.
Süleymanin Məsəlləri 14 in Azərbaycan dilində Müqəddəs Kitab