21Qonşusuna xor baxan günaha batar, Məzluma səxavət göstərən nə bəxtiyardır!
22Şər quranlar yolundan azmırlarmı? Məqsədi xeyirxahlıq olan xeyirxahlığa, sədaqətə çatar.
23Hər zəhmətdə bir fayda var, Boş sözlər insanı ehtiyac içində qoyar.
24Hikmətlinin başına sərvət tacı qoyular, Axmaqlar səfehliyi ilə tanınar.
25Doğru şahid canları qurtarar, Yalançı şahid hiylə qurar.
26Rəbdən qorxan tam arxayındır, Çünki Rəbb onun övladlarının pənahıdır.
27Rəbb qorxusu həyat qaynağıdır, İnsanı ölüm tələsinə düşməkdən geri qaytarır.
28Padşahın əzəməti xalqın çoxluğu ilə bilinər, Əgər təbəələri olmasa, hökmdar süqut edər.
29Gec qəzəblənənin böyük dərrakəsi var, Hövsələsizlərdən səfehlik çıxar.
30Ürəyin rahatlığı cana həyat verər, Paxıllıqsa sümükləri çürüdər.
31Kasıba zülm edən Yaradanına xor baxar, Yoxsula lütf göstərən Ona hörmət edər.
32Şər adam pisliyi üzündən qovular, Salehin ölümündə belə, pənahı var.