5Salehlərin məqsədi ədalətdir, Şər insanların məsləhəti hiyləgərlikdir.
6Şər adamların sözləri ölüm üçün pusqu qurar, Əməlisalehlər dili ilə xilas olar.
7Pislər yıxılıb məhv olar, Salehin evi dağılmaz.
8İnsan ağıllı sözlərinə görə təriflənər, Qəlbində hiylə olanlara xor baxılar.
9Şöhrətsiz, lakin qul sahibi olan insan Lovğalanan, lakin çörəyə möhtac adamdan yaxşıdır.
10Saleh insan hətta heyvanlarının ehtiyacını duyar, Şər insanın mərhəmətində də zalımlıq var.
11Torpağını əkib-becərən doyunca çörək yeyər, Qanmaz boş şeylərin ardınca gedər.
12Şər adam pislərin şikarına qibtə edər, Salehin kökü pöhrələnər.
13Pis adamı itaətsiz dili tələyə salar, Saleh dara düşsə də, oradan salamat qurtarar.
14İnsanın dilindən yaxşı söz çıxarsa, bol xeyir tapar, Əlinin zəhmətinin əvəzini alar.
15Səfehin yolu öz gözündə düz görünər, Hikmətli adam nəsihəti dinlər.
16Səfeh dərhal qəzəbini üzə verər, Uzaqgörən şərəfsizliyin üstünü örtər.
17Doğru şahid həqiqəti danışar, Yalançı şahid hiylə qurar.
18Düşünmədən danışanın dili qılınc kimi yaralar, Hikmətlinin dili isə insanları sağaldar.
19Düz söz əbədi yaşar, Yalanın ömrü az olar.
20Şər quranın qəlbində hiylə olar, Nəsihət verib sülhə çağıran sevinc tapar.
21Saleh heç vaxt bəlaya düşməz, Pislərin başı bəla ilə dolu olar.