17Doğru şahid həqiqəti danışar, Yalançı şahid hiylə qurar.
18Düşünmədən danışanın dili qılınc kimi yaralar, Hikmətlinin dili isə insanları sağaldar.
19Düz söz əbədi yaşar, Yalanın ömrü az olar.
20Şər quranın qəlbində hiylə olar, Nəsihət verib sülhə çağıran sevinc tapar.
21Saleh heç vaxt bəlaya düşməz, Pislərin başı bəla ilə dolu olar.
22Rəbb yalançı dilə ikrah edər, Həqiqəti yerinə yetirənlərdən isə razı qalar.
23Uzaqgörən bildiyini özü üçün saxlar, Axmaq qəlbinin səfehliyini hamıya yayar.
24Çalışqanın əli özünü ağa edər, Tənbəllik insanı qula çevirər.
25Qəlbi narahat olanın qəddi əyilər, Xoş söz könlü şad edər.
26Saleh insan qonşusuna da yol göstərər, Lakin şər insanın yolu dolaşıqdır.
27Tənbəlin əlinə ov düşsə də, onu bişirməz, Çalışqan qiymətli sərvətə çatar.
28Salehliyin yollarında həyat var, Kim bu yolla getsə, orada ölüm tapmaz.