17 Doğru şahid həqiqəti danışar, Yalançı şahid hiylə qurar.
18 Düşünmədən danışanın dili qılınc kimi yaralar, Hikmətlinin dili isə insanları sağaldar.
19 Düz söz əbədi yaşar, Yalanın ömrü az olar.
20 Şər quranın qəlbində hiylə olar, Nəsihət verib sülhə çağıran sevinc tapar.
21 Saleh heç vaxt bəlaya düşməz, Pislərin başı bəla ilə dolu olar.
22 Rəbb yalançı dilə ikrah edər, Həqiqəti yerinə yetirənlərdən isə razı qalar.
23 Uzaqgörən bildiyini özü üçün saxlar, Axmaq qəlbinin səfehliyini hamıya yayar.
24 Çalışqanın əli özünü ağa edər, Tənbəllik insanı qula çevirər.
25 Qəlbi narahat olanın qəddi əyilər, Xoş söz könlü şad edər.
26 Saleh insan qonşusuna da yol göstərər, Lakin şər insanın yolu dolaşıqdır.
27 Tənbəlin əlinə ov düşsə də, onu bişirməz, Çalışqan qiymətli sərvətə çatar.
28 Salehliyin yollarında həyat var, Kim bu yolla getsə, orada ölüm tapmaz.