Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 12

Süleymanin Məsəlləri 12:14-21

Help us?
Click on verse(s) to share them!
14İnsanın dilindən yaxşı söz çıxarsa, bol xeyir tapar, Əlinin zəhmətinin əvəzini alar.
15Səfehin yolu öz gözündə düz görünər, Hikmətli adam nəsihəti dinlər.
16Səfeh dərhal qəzəbini üzə verər, Uzaqgörən şərəfsizliyin üstünü örtər.
17Doğru şahid həqiqəti danışar, Yalançı şahid hiylə qurar.
18Düşünmədən danışanın dili qılınc kimi yaralar, Hikmətlinin dili isə insanları sağaldar.
19Düz söz əbədi yaşar, Yalanın ömrü az olar.
20Şər quranın qəlbində hiylə olar, Nəsihət verib sülhə çağıran sevinc tapar.
21Saleh heç vaxt bəlaya düşməz, Pislərin başı bəla ilə dolu olar.

Read Süleymanin Məsəlləri 12Süleymanin Məsəlləri 12
Compare Süleymanin Məsəlləri 12:14-21Süleymanin Məsəlləri 12:14-21