12Qanmaz qonşusuna xor baxar, Dərrakəli insan dinc dayanar.
13Sözgəzdirən sirləri açıb yayar, Etibarlı adam sözü gizli saxlar.
14Düz məsləhət verilməyən yerdə xalq yıxılar, Doğru nəsihət verən çoxdursa, xalq qurtuluşa çatar.
15Özgəyə zamin duran özünü bəlaya salar, Belə zaminlikdən zəhləsi gedən dinc yaşar.
16Mehriban qadın şərəfdən, Zalım insan isə sərvətdən yapışar.
17İnsanın sadiqliyi ona xeyir gətirər, Qəddar adam özünə əzab verər.
18Şər adam saxta mükafat qazanar, Salehlik toxumu əkən, həqiqətən, onun əvəzini alar.
19Sidq ürəkdən saleh olan həyata qovuşar, Şərin ardınca düşən ölümə çatar.
20Əyri ürəkli olmaq Rəbdə ikrah yaradar, O, yolu kamil olanlardan razı qalar.
21Doğrudan da, pis cəzasız qalmaz, Salehlərin nəsli xilas olar.