1Aldadıcı tərəzi Rəbdə ikrah yaradar, Rəbb düz çəki daşından razı qalar.
2Lovğalıq gələndə şərəfsizlik gətirər, Hikmət itaətkarın yanına gələr.
3Əməlisalehi kamillik yolu aparar, Xəyanətkar əyriliyindən məhv olar.
4Heç kimi var-dövləti qəzəb günündən xilas etməz, Amma salehlik insanı ölümdən qurtarar.