7Saleh insanın adı xeyir-dua ilə çağırılar, Şər adamın adı isə çürüyər.
8Qəlbən hikmətli olan əmrləri qəbul edər, Səfeh boşboğazlığı üzündən itib-batar.
9Kamalla gəzib-dolaşan dinc yaşar, Yolu əyri olanlar üzə çıxar.
10Göz vuran başına bəla açar, Səfeh boşboğazlığı üzündən itib-batar.
11Salehin ağzı həyat qaynağı olar, Amma şər adamın dili zorakılığı gizli saxlar.
12Nifrət nifaq yaradar, Lakin məhəbbət bütün günahları örtər.
13Dərrakəlinin dilindən hikmət tökülər, Qanmaz kürəyindən kötəklənər.
14Hikmətli adamlar bilik toplar, Səfehin boşboğazlığı onu bəlaya yaxınlaşdırar.
15Zənginin var-dövləti ona qalalı şəhərdir, Kasıbı yoxsulluq bəlaya salar.
16Salehin mükafatı həyatdır, Şər adamınsa qazancı günahdır.
17Tərbiyəyə bağlanan həyat yolunda olar, Məzəmməti rədd edən yolunu azar.
18Nifrətini gizlədən yalan danışar, Axmaq hər yana böhtanlar yayar.