Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Filipililərə - Filipililərə 4

Filipililərə 4:10-14

Help us?
Click on verse(s) to share them!
10Mən Rəbdə bol-bol sevinirəm ki, nəhayət indi mənim barəmdəki qayğınızı yenidən canlandırdınız. Əslində qayğınız vardı, amma bunu göstərməyə fürsət tapa bilmirdiniz.
11Ehtiyaca düşdüyüm üçün bunları söyləmirəm, çünki hansı şəraitdə yaşasam, ondan razı qalmağa alışmışam.
12Mən məzlumluğun da, bolluğun da nə olduğunu bilirəm. İstər tox, istər ac, istər bolluq, istər ehtiyac içində olum, hər şəraitdə, hər vəziyyətdə razı qalmağın sirrini öyrənmişəm.
13Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır.
14Buna baxmayaraq nə yaxşı ki əziyyətimə şərik oldunuz.

Read Filipililərə 4Filipililərə 4
Compare Filipililərə 4:10-14Filipililərə 4:10-14