7Ey ədaləti çevirib acı yovşan edənlər, Ey salehliyi yerə vurub tapdalayanlar!
8Odur Ülkər və Orion bürclərini yaradan, Qaranlığı aydın səhərə çevirən, Gündüzü gecə edib qaraldan, Dəniz sularını götürüb yer üzünə tökən – Onun adı Rəbdir.
9Güclüləri ildırım kimi məhv edər, Qalalarını viran edər.
10Siz isə haqsızlığa etirazını bildirənlərə, Düz danışanlara nifrət edirsiniz.
11Kasıbı ayaq altına saldığınıza görə, Ondan taxıl qopardığınıza görə Yonulmuş daşdan evlər tikib Onların içində yaşamayacaqsınız. Gözəl üzümlüklər salıb Onların şərabını içməyəcəksiniz.
12Çünki cinayətlərinizin çox, Günahlarınızın ağır olduğunu bilirəm. Ey salehi incidənlər, rüşvət alanlar, Möhtacların haqqını tapdalayanlar!
13Bu zəmanə o qədər pisdir ki, Ağlı başında olan susur.
14Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız! Beləcə iddia etdiyiniz kimi Ordular Allahı Rəbb, Həqiqətən, sizə yar olacaq.
15Pisliyə nifrət edin, Yaxşılığı sevin, Məhkəmədə ədalətə üstünlük verin. Bəlkə Ordular Allahı Rəbb Qalan Yusif övladlarına lütf edər.