Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Amos

Amos 3

Help us?
Click on verse(s) to share them!
1Ey İsraillilər! Rəbbin əleyhinizə dediyi sözü dinləyin! Misir torpağından çıxardığı bu nəslin hamısına belə deyir:
2“Yer üzündəki nəsillərin arasında yalnız sizinlə ünsiyyət yaratmışam. Ona görə Mən bütün cəzanızı öz başınıza gətirəcəyəm”.
3İki nəfər razılaşıb görüşməsə, Birgə yol gedərmi?
4Şikarı olmayan şir Meşədə nərə çəkərmi? Heç nə ovlamamış gənc aslan Yuvasında nərildəyərmi?
5Yerdə tələ qurub yem qoyulmazsa, Oraya quş düşərmi? Bir şey tutmayan tələ Yerindən atılarmı?
6Şəhərdə şeypur çalınarsa, Xalq qorxuya düşməzmi? Əgər Rəbb bəla göndərməsə, Hansısa bir şəhərə bəla gələrmi?
7Həqiqətən, Xudavənd Rəbb qulu olan peyğəmbərlərə Öz niyyətini açmadan heç nə etmir.
8Şir nərə çəkəndə Kim ondan qorxmaz? Xudavənd Rəbb söyləyəndə Kim peyğəmbərlik etməz?
9Aşdodun qalalarında, Misir torpağının qalalarında belə elan edin: “Samariya dağlarının üzərinə yığılın. Oradakı böyük qarışıqlığı, Onun içindəki təzyiqi görün”.
10Rəbb bəyan edir: “Hətta düz iş görməyi bacarmırlar. Onlar qalalarına zorakılıqla, Soyğunçuluqla qənimət yığır”.
11Ona görə də Xudavənd Rəbb belə deyir: “Düşmən gəlib ölkəni mühasirəyə alacaq, Səni gücdən salıb qalalarını qarət edəcək”.
12Rəbb belə deyir: “Çoban şir ağzından necə iki bud sümüyü Yaxud qulağın bir parçasını çəkib qurtararsa, Samariyada divan üzərində, Dəməşqdə yataqda oturan İsrail övladları da eləcə xilas olacaq”.
13“Buna qulaq asın! Yaqub nəslinə xəbərdarlıq edin!” Ordular Allahı Xudavənd Rəbb belə deyir.
14“Mən İsraillilərə günahlarına görə cəza verəcəyim gün Bet-Eldəki qurbangahı da cəzalandıracağam. O qurbangahın buynuzları kəsilib yerə tullanacaq.
15Mən qış sarayı ilə yay sarayını yıxacağam, Fil sümüyü ilə bəzənmiş evlər dağılacaq, Böyük saraylar viran qalacaq” Rəbb belə bəyan edir.