3Göndərdiyi kənizlər Şəhərin uca yerlərindən car çəkərlər:
4«Gəlin bura, ey cahillər!» Qanmazlara belə deyərlər:
5«Gəlin, çörəyimdən yeyin, Hazırladığım şərabdan için.
6Cəhaləti atın, ömür sürün, İdrak yolu ilə düz gedin».
7Rişxəndçini tənqid edən özünü rüsvayçılığa salar, Şər adamı danlayan axırda ləkələnər.
8Rişxəndçini danlama, yoxsa sənə nifrət edər, Müdrik insanı danlasan, səni sevər.
9Hikmətliyə öyüd versən, hikmətini artıracaq, Salehə bilik öyrətsən, müdrikliyini çoxaldacaq.
10Rəbb qorxusu hikmətin başlanğıcıdır, Müqəddəsi tanımaq idraklı olmaqdır.
11Hikmətin vasitəsilə ömrün-günün çoxalar, Həyatına illər əlavə olar.