5Ey cahillər, uzaqgörən olun, Ey axmaqlar, ağıllanın.
6Dinləyin, əla şeylərdən danışıram, Dilimdən düz sözlər çıxır.
7Ağzım həqiqət söyləyir, Dilim şərdən iyrənir.
8Ağzımdan yalnız salehlik sözləri çıxır, Sözlərimdə nə əyrilik, nə də ki yalan var.
9Anlayanlar üçün hər şey aydındır, Bilik qazananlar üçün bu bir həqiqətdir.
10Gümüşü yox, tərbiyəmi qəbul edin, Saf qızıldan çox biliyi seçin.
11Çünki hikmət yaqutdan qiymətlidir, İnsanın könlü istəyən şeylər ona tay deyil.
12Mən hikmətəm, uzaqgörənlik məndə məskən salıb, Biliyi, dərrakəni tapmışam.
13Rəbb qorxusu pisliyə nifrət etməkdir, Lovğalığa, təkəbbürə, pis yola, Hiyləli dilə nifrət edərəm.
14Nəsihət, sağlam şüur mənimdir, İdrak mənəm, qüvvəm var.