18Gəl sübhə qədər doyunca sevişək, Eşqdən məst olaq.
19Ərim evdə yoxdur, Uzaq bir səfərə gedib.
20Pul kisəsini götürüb, Evə ay bədirlənəndə qayıdacaq».
21Fəndlər işlədib onu tovladı, Şirin dilə tutub yoldan çıxartdı.
22Kəsilməyə aparılan bir öküz kimi, Kəməndə salınan bir maral kimi Bu oğlan o qadının ardınca düşdü.
23Axırda ciyərinə bir ox saplanacaq. Uçub tez tora düşən quş kimi Bu oğlan da canının alınacağını bilmirdi.
24İndi, ey övladlar, mənə qulaq asın, Dilimdən çıxan sözlərə laqeyd olmayın.
25Qoyma qəlbin o qadının yollarına meyl etsin, Onun yoluna dönmə.
26Çünki o qadın nə qədər insanı qurban edib, Nə qədər adamı öldürüb.
27Onun evinin yolu ölülər diyarına aparır, Ölüm mənzilinə gedib çatır.