Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 6

Süleymanin Məsəlləri 6:14-22

Help us?
Click on verse(s) to share them!
14Qəlbinin məkrli niyyəti var, Həmişə şər qurar, nifaq salar.
15Ona görə başına qəfildən bəla gələr, Birdən yıxılıb çarəsiz qalar.
16Rəbbin zəhləsi altı şeydən gedir, Yeddi şey var, ondan ikrah edir:
17Təkəbbürlə baxan gözlər; Yalan danışan dil; Nahaq qan tökən əllər;
18Məqsədi şər olan ürək; Şərə çatmaq üçün qaçan ayaqlar;
19Nəfəsini yalanla çıxaran yalançı şahid; Qardaşlar arasında nifaq salan şəxs.
20Oğlum, atanın əmrini yerinə yetir, Ananın öyrətdiklərini atma.
21Onları qəlbinin başına yapışdır, Həmişə onları boynuna bağla.
22Gəzəndə onlar sənə yol göstərər, Yatanda səni hifz edər, Oyananda sənə məsləhət verər.

Read Süleymanin Məsəlləri 6Süleymanin Məsəlləri 6
Compare Süleymanin Məsəlləri 6:14-22Süleymanin Məsəlləri 6:14-22