1Oğlum, qonşuna zamin durub, Yadlarla əlbir olub,
2Ağzından çıxan sözlərlə tələyə düşmüsənsə, Ağzından çıxan sözlərlə ələ keçmisənsə,
3Demək bu qonşunun əlinə düşmüsən. Oğlum, çalış, özünü qurtar: Get onun ayağına düş, yalvar-yaxar.
4Qoy gözünə yuxu getməsin, Kirpiklərin ağırlaşmasın.
5Özünü ovçunun əlindən ceyran kimi, Quşbazın əlindən quş kimi qurtar.
6Ey tənbəl, qarışqalara diqqət yetir, Onların həyatından ibrət götür.
7Onların nə başçıları var, Nə nəzarətçiləri, nə də hökmdarları.