21Qar yağanda ailəsi üçün qayğısı olmaz, Çünki hamısı qırmızı paltar geyinib.
22Yorğan-döşək üçün örtük toxuyur, Öz libası tünd qırmızı incə kətandandır.
23Əri şəhər darvazalarında yaxşı tanınır, El ağsaqqalları ilə oturub-durur.
24Qadın tacirlərə qurşaqları, Toxuduğu kətan paltarları satır.
25Qüvvəyə, şərəfə bürünür, Gələcək üzünə gülür.
26Ağzını açanda hikmət axır, Dilindən sədaqət təlimi çıxır.
27Ailəsinin işini idarə edir, Tənbələ layiq olan çörəyi yemir.
28Övladları ayağa qalxıb onu alqışlayır, Əri onu tərifləyir:
29«Xeyirxah qadınlar çoxdur, Amma sənin tayın yoxdur».
30Qadının məlahəti aldadıcı, gözəlliyi fanidir, Yalnız Rəbdən qorxan qadın tərifə layiqdir.
31Ona əlinin bəhrəsini verin, Qoy şəhər darvazasında əməlləri ona tərif gətirsin.