22Xəsis var-dövlət ardınca düşər, Bilmədən yoxsulluğa yetişər.
23Kim ki başqasını danlayır, Yağlı dilə tutandan çox axırda o, lütf qazanır.
24Ata-anasını soyub «günah deyildir» deyən Qırıcı insana yoldaşdır.
25Tamahkar dava yaradar, Rəbbə güvənən bolluğa çatar.
26Öz ağlına güvənən axmaqdır, Hikmətlə gəzib-dolaşan azad olur.
27Yoxsula əl tutan möhtac qalmır, Ona məhəl qoymayan lənət qazanır.
28Pislər hakim olsa, hamı gizlənər, Onlar yox olanda salehlər çoxalar.