Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 27

Süleymanin Məsəlləri 27:17-24

Help us?
Click on verse(s) to share them!
17Dəmir dəmiri itilər, İnsan insanın ağlını iti edər.
18Əncir becərən barını yeyər, Ağasının qayğısına qalan şərəfləndirilər.
19Sifətin əksi suyun üzünə düşdüyü kimi İnsanın ürəyi də onu elə göstərər.
20Ölüm və Həlak yeri doymadığı kimi İnsanın da gözü doymaz.
21İsti kürədə qızıl-gümüş yoxlanar, İnsan da başqalarının tərifi ilə tanınar.
22Buğdanı həvəngdəstədə döysən, kəpəyi çıxar, Amma səfehi nə qədər döysən, səfehliyi çıxmaz.
23Sürünə yaxşı bax, naxırına nəzər yetir,
24Nə var-dövlət əbədidir, nə də tac nəsildən-nəslə keçir.

Read Süleymanin Məsəlləri 27Süleymanin Məsəlləri 27
Compare Süleymanin Məsəlləri 27:17-24Süleymanin Məsəlləri 27:17-24