19Dar gündə namərdə bel bağlamaq Çürük dişə, şikəst ayağa güvənməyə bənzəyir.
20Qəlbi qubarlıya nəğmə söyləmək Soyuq havada lüt qoyulmağa, Soda üstə sirkə tökülməyə bənzəyir.
21Düşmənin acdırsa, onu yedizdir, Susuzdursa, ona su ver.
22Belə etməklə sanki onun başına köz tökərsən, Bunun əvəzini Rəbdən alarsan.
23Şimal küləyi yağış gətirir, Qeybətçi dil isə insanın üzünə qəzəb gətirir.
24Davakar arvadla bir evdə yaşamaqdansa Damın bir küncündə yaşamaq yaxşıdır.
25Susuzluqdan yanana sərin su necədirsə, Uzaq diyardan gələn xoş xəbər də elədir.
26Əgər saleh insan pis adama təslim olarsa, Bulanan bulağa, murdarlanan quyuya bənzəyir.