16Bal tapsan, lazımi qədər ye, Acgözlüklə yesən, qusarsan.
17Qonşunun evinə az-az get, Yoxsa bezər, sənə nifrət edər.
18Kim ki qonşusuna qarşı yalandan şahidlik edir, Toppuza, qılınca, iti oxa bənzəyir.
19Dar gündə namərdə bel bağlamaq Çürük dişə, şikəst ayağa güvənməyə bənzəyir.
20Qəlbi qubarlıya nəğmə söyləmək Soyuq havada lüt qoyulmağa, Soda üstə sirkə tökülməyə bənzəyir.
21Düşmənin acdırsa, onu yedizdir, Susuzdursa, ona su ver.