22Onların bəlası qəfildən gəlir. Hər ikisinin verəcəyi cəzanı kim bilir?
23Bu sözləri də hikmətlilər deyib: Məhkəmədə tərəfkeşlik etmək yaxşı deyil.
24Pis insana «sən salehsən» deyəni xalqlar qınayar, Ümmətlər lənət yağdırar.
25Amma onu danlayanlar xeyir tapar, Başlarından bol bərəkət yağar.
26İnsana doğru cavab verən Sanki onun üzündən öpər.
27Əvvəlcə çöldəki işini qurtar, Zəmi sal, sonra evini tik.
28Qonşunun əleyhinə haqsız şahidlik etmə, Qoy dilindən yalan söz çıxmasın.
29Demə: «Mənə etdiyini mən də ona edəcəyəm, Onun əməlinin əvəzini verəcəyəm».
30Tənbəlin zəmisindən, Qanmazın üzümlüyündən keçdim.
31Gördüm hər yanı tikan basıb, Gicitkən bürüyüb, daşı-divarı uçub.
32Baxaraq ona diqqət yetirdim, Bundan ibrət götürdüm: