14Bil ki, hikmət də canın üçün belə olar, Onu tapsan, nəticəsi də var, Ümidin boşa çıxmaz.
15Ey şər insan, salehin yurdu üçün pusqu qurma, Onun evini soyma.
16Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar, Şər insan büdrəsə, bəlaya düçar olar.
17Düşməninin yıxılmasına sevinmə, Onun büdrəməsinə görə ürəyin fərəhlənməsin.
18Yoxsa Rəbb görər, bundan xoşu gəlməz, Düşmənin üzərindən qəzəbini götürər.
19Pislik edənlərə görə qəzəblənmə, Şər insanlara qibtə etmə,
20Çünki pis insanın axırı yoxdur, Şər adamın çırağı sönər.
21Oğlum, Rəbdən və padşahdan qorx, Xəyanətkarlarla yoldaş olmaqdan çəkin.
22Onların bəlası qəfildən gəlir. Hər ikisinin verəcəyi cəzanı kim bilir?
23Bu sözləri də hikmətlilər deyib: Məhkəmədə tərəfkeşlik etmək yaxşı deyil.
24Pis insana «sən salehsən» deyəni xalqlar qınayar, Ümmətlər lənət yağdırar.
25Amma onu danlayanlar xeyir tapar, Başlarından bol bərəkət yağar.