17Qulağını aç, hikmətlilərin sözlərini eşit, Ürəyini mənim biliyimə ver.
18Onları sinənə doldursan, Onların hamısını dilinə salsan, yaxşı olar.
19Rəbbə güvənəsən deyə Bu gün bunları sənə bildirirəm.
20Sənə nəsihətlə, biliklə dolu əla məsəllər yazmamışammı?
21Qoy bunlar haqq sözün həqiqətini sənə bildirsinlər ki, Hara səni göndərsələr, düz məlumat gətirəsən.
22Kasıbı fəqir olduğu üçün soyma, Darvazada məzlumu zülmə salma.
23Çünki onların münaqişəsinə Rəbb baxar, Onları soyanları soyub-talayar.
24Tez qəzəblənənə yoldaş olma, Kəmhövsələ ilə yola çıxma.