13Tənbəl deyər: «Bayırda aslan var, Küçəyə çıxsam, məni parçalar».
14Əxlaqsız qadının ağzı dərin çuxura oxşar, Rəbbin lənətinə gələn ora yıxılar.
15Səfehlik uşağın qəlbindən yapışar, Kötəklə tənbeh ediləndə bu ondan uzaqlaşar.
16Varlanmaq üçün kasıba zülm edən, Zəngin adama verən ehtiyaca düşər.
17Qulağını aç, hikmətlilərin sözlərini eşit, Ürəyini mənim biliyimə ver.
18Onları sinənə doldursan, Onların hamısını dilinə salsan, yaxşı olar.
19Rəbbə güvənəsən deyə Bu gün bunları sənə bildirirəm.
20Sənə nəsihətlə, biliklə dolu əla məsəllər yazmamışammı?